Menu

Bakıda hospitalda yeni doğulmuş oğlan uşağı öldü

27.04.2019, 16:21
Bakıda hospitalda yeni doğulmuş oğlan uşağı öldü

Bakıda yeni doğulmuş körpə ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən "German" Hospitalda baş verib.

1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol