Menu

Neftçalada yol qəzası olub, ölən var

27.04.2019, 21:39
Neftçalada yol qəzası olub, ölən var

Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sübh adasında, Xəzər dənizi yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Hadisə zamanı Qırmızı Şəfəq kənd sakini, 1971-ci il təvəllüdlü Ələkbərov Vüqar Əliabbas oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol