Menu

İranın XİN rəhbəri Şimali Koreyaya səfər edəcək

28.04.2019, 10:48
İranın XİN rəhbəri Şimali Koreyaya səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın vaxtlarda Şimali Koreyaya səfər etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə nazirə istinadən "Mehr" agentliyi məlumat yayıb.

"(KXDR — red.)-ə səfər mənim gündəliyimdə var və tarix də tezliklə açıqlanacaq", - deyə nazir bildirib.

Zərif həmçinin əlavə edib ki, yaxın 10 gün ərzində iki qonşu ölkəni ziyarət edəcək, ardınca isə ikitərəfli ələqaləri müzakirə etmək üçün Rusiyaya yollanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol