Menu

"Ərdoğan İraqa səfər edəcək" - Türkiyə XİN rəhbəri

28.04.2019, 13:30
"Ərdoğan İraqa səfər edəcək" - Türkiyə XİN rəhbəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, Ərdoğanın İraqa səfəri Türkiyə-İraq yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının dördüncü iclası çərçivəsində baş tutacaq.

Çavuşoğlunun sözlərinə görə, səfər çərçivəsində Ərdoğan İraqın prezidenti Bərham Saleh və ölkənin türkmən icması ilə görüşəcək.

XİN rəhbəri səfərin tarixini açıqlamayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol