Menu

İndoneziyada güclü daşqınlar - 10 ölü

28.04.2019, 15:30
İndoneziyada güclü daşqınlar - 10 ölü

İndoneziyanın Benkulu əyalətində daşqın nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, leysan yağışlar səbəbindən bölgədə bir neçə çay daşıb, ətraf əraziləri su basıb.

Təbii fəlakət nəticəsində həmçinin torpaq sürüşmələri baş verib, əyalətin digər rayonlarla əlaqəsi kəsilib.

Qubernator xilasedicilərin əhalini təxliyə etdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol