Menu

İTV-nin baş direktoru təltif edilib - Sərəncam

29.04.2019, 18:07
İTV-nin baş direktoru təltif edilib - Sərəncam

Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının aşağıdakı üzvləri Qasımov Balakişi Ələkbər oğlu və Talıbov Elman Eldar oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, Balakişi Qasımov İTV-nin baş direktorudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol