Menu

Tramp "Deutsche Bank"ı məhkəməyə verib

30.04.2019, 10:17
Tramp "Deutsche Bank"ı məhkəməyə verib

ABŞ Prezidenti Donald Tramp və onun ailə üzvləri "Deutsche Bank" və "Capital One" şirkətinə qarşı iddia qaldırıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "NBC News" məlumat verib.

Qeyd olunur ki, Tramp ailəsi maliyyə məlumatlarının Konqresə təqdim olunmasına qarşı çıxır.

"Deutsche Bank" həmçinin ABŞ Nümayəndələr Palatasının komitələrindən D.Trampla bağlı məlumat istəyən təşkilatlar arasında olub.

ABŞ Prezidentinin ailəsi məhkəmə yolu ilə bu istəklərin həyata keçməsinin qarşısını almaq istəyir. Onların fikrincə, bu tələbin heç bir hüquqi qüvvəsi yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol