Menu

PREZİDENT HÖKUMƏTİ TOPLAYIB - "İslahatlara alternativ yoxdur”

30.04.2019, 17:26
PREZİDENT HÖKUMƏTİ TOPLAYIB - "İslahatlara alternativ yoxdur”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edib.

"Report"un xəbərinə görə, dövlət başçısı keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirib.

"İslahatlara alternativ yoxdur", - deyən Prezident İlham Əliyev vurğulayıb ki, son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur.

Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlət başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu deyib. Qeyd edib ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkə arasındadır. İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini deyən Prezident İlham Əliyev minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını bildirib, problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problemin həll olunduğunu vurğulayıb.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik”, - deyən Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının əhəmiyyətindən danışıb.

Şərhlər

Şəkili 2019-04-30 17:26:53

Cənab Prezident, İslahatları Şəkidən başlanmasına sərəncam verməyinizi Sizdən xahiş edirik... Şəki ağır gündədir....

Müəllim 2019-04-30 17:26:53

Bu tərkibli hökumətlə islahat mümkündürmü?Öncə bunu həll etmək vacibdir.

t.ədalət 2019-04-30 17:26:53

İstismara qəbul edilməyən binaların əksəriyyəti istirahət parkları, təhsil və mədəniyyət obyektlərinin ərazisində quldurcasına tikilən evlər idi.Onların istismara qəbul edilməsi növbəti qanunsuzluqlara meydan açacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol