Menu

Ermənistan əsgəri yaralanıb

30.04.2019, 17:08
Ermənistan əsgəri yaralanıb

Ermənistan ordusunun əsgəri naməlum şəraitdə yaralanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan “Facebook” səhifəsində yazıb.

Hadisə aprelin 30-da Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Tavuş vilayətində dislokasiya olunan hərbi hissədə baş verib. Əsgərin kəllə nahiyəsindən yaralandığı qeyd edilib. Onun vəziyyəti sabit-ağır qiymətləndirilir.

Yaralı əsgər helikopterlə Yerevana aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol