Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədova fəxri ad verib.
“Report” xəbər verir ki, V.Talıbov bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səbuhi Hidayət oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Qeyd edək ki, S.Məmmədov Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini - maliyyə naziridir.


Şərhlər
Bütövlüyü tam düşünməyi rica edərdim. Hələlik heç bir sahə üzrə tam-mükəmməl və de-fakto heç Azərbaycan SSR qədər belə müstəqil olmayan alayarımçıq bir dövlətimiz var. Naxçıvan da bizim dogma 1/25 parçamız-bölgəmizdır və onlara da adı təqdimatla, büdcə payı ayıran yek dövlət verməlidir. Dövləti-Xəzindarımız da birdir. Dublyor vəzifələr ləgv edilməlidir.
Gözel insan halal olsun