Menu

Türkiyə vətəndaşı Ucarda qəza törədib, TIR "Kamaz"a çırpılıb

30.04.2019, 23:44
Türkiyə vətəndaşı Ucarda qəza törədib, TIR "Kamaz"a çırpılıb

Ucar rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun Müsüslü kəndi ərazisində 1974-cü il təvəllüdlü Türkiyə vətəndaşı Əli Gənc Həsənoğlunun idarə etdiyi TIR maşını "KamAz"a çırpılıb.

Nəticədə Trabzon şəhər Yeni Cuma qəsəbə sakini olan Həsənoğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan, yaralının Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol