Menu

Zelenski Ukrayna prezidentinin müşaviri vəzifəsinə müsabiqə elan etdi

01.05.2019, 00:13
Zelenski Ukrayna prezidentinin müşaviri vəzifəsinə müsabiqə elan etdi

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski sosial şəbəkələrdə Ukrayna prezidentinin müşaviri vəzifəsinə müsabiqə elan edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, bununla bağlı videoçarx yayıb və orada müsabiqənin şərtləri barədə məlumat verib.

“Əgər minimum 3 dil bilirsənsə (Ukrayna, ingilis dilləri mütləqdir), ictimai işlərdə və ya jurnalistika sahəsində təcrübən varsa, 24/7 saat işləməyə hazırsansa, o zaman lütfən elektron poçtaya CV göndər”,- deyə məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol