Menu

"Instagram" laykların sayının gizlədilməsi imkanını sınaqdan keçirəcək

02.05.2019, 00:17
"Instagram" laykların sayının gizlədilməsi imkanını sınaqdan keçirəcək

"Instagram" Kanadada paylaşımların altındakı laykların sayını digər istifadəçilərdən gizlətmək imkanını sınaqdan keçirəcək.

"Report" xəbər verir ki, bu barədə "TechCrunch" nəşri yazıb.

Bildirilir ki, laykların sayı paylaşımın lentdə mövqeyini müəyyən edən alqoritmlərə hələ də təsir edir. Belə olan halda, istifadəçilər kifayət qədər məşhurluq qazanmayan postları silməyə az meyilli olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol