Menu

Sərxoş sürücü “Toyota Land Cruiser”lə 7 avtomobili əzib - Rəsmi açıqlama (VİDEO)

02.05.2019, 12:24
Sərxoş sürücü “Toyota Land Cruiser”lə 7 avtomobili əzib - Rəsmi açıqlama (VİDEO)

Bakıda “Toyota Land Cruiser” markalı avtomobilin bir neçə maşını əzməsinin təfərrüatı məlum olub.

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsindən “Report”a bildirilib ki, hadisə Binəqədi rayonu, Mirmahmud Kazımovki küçəsi bina 56-57 ərazisində qeydə alınıb.

Zərərçəkən sürücülər Binəqədi rayon Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.

Sürücü artıq saxlanılıb və barəsində araşdırma aparılır. Məlum olub ki, o, sərxoş vəziyyətdə “Toyota Land Cruiser” markalı, 10 MV 984 dövlət nömrə nişanlı avomobili idarə edərkən sürdüyü maşınla birlikdə 7 avtomobili əzib: “Avtomobil işlək vəziyyətdə dayandığı yerdə ağır dərəcəli sərxoş olan qonşu yaxınlaşaraq sükan arxasına keçib və belə bir hadisə törədib. Hazırda Binəqədi rayon Polis İdarəsində bununla bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisə zamanı yaşayış binasının qarşısında park edilmiş avtomobillərin arasında biri qəfildən hərəkət edib. Sürücü avtomobili qabağa-dala verir, qəfildən sürərək dayanmış avtomobiləri əzməyə başlayır. Daha sonra isə heç nə olmamış kimi avtomobildən düşərək gedir.

Şərhlər

Vətən OĞLU 2019-05-02 12:24:35

Rəsmi açıqlama-yəqin adı sərxoş saymazovdu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol