Menu

Nikolas Maduro ordunu dövlət çevrilişinə cəhdlərin qarşısını almağa çağırıb

02.05.2019, 18:47
Nikolas Maduro ordunu dövlət çevrilişinə cəhdlərin qarşısını almağa çağırıb

Venesuela prezidenti Nikolas Maduro ordunu dövlət çevrilişinə yönələn hər cür cəhdlərin qarşısını almağa çağırıb.

“Report” AFP-yə istinadən xəbər verir ki, o, bu barədə televiziyaların canlı efirindən hərbçilərə müraciət edib.

“Bəli, döyüşümüzün ən qaynar məqamındayıq. Xainləri, qanuni hakimiyyətə qarşı çıxanları tamamilə zərərsizləşdirmək üçün döyüş ruhumuzu yüksək səviyyədə saxlamalıyıq”, - N.Maduro deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol