Menu

Türkiyə Kubokunun final matçının vaxtı dəyişdirilib

02.05.2019, 20:18
Türkiyə Kubokunun final matçının vaxtı dəyişdirilib

Futbol üzrə Türkiyə Kubokunun final matçının vaxtı dəyişdirilib.

"Report" xəbər verir ki, Türkiyə Futbol Federasiyası həlledici görüşü mayın 16-dan 15-nə keçirib. Yayım proqramında edilən dəyişikliklər final oyununun vaxtına təsir edib.

Qeyd edək ki, Türkiyə Kubokunun finalında "Qalatasaray" və "Akhisarspor" komandaları üz-üzə gələcək. Görüş Sivas şəhərində təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol