Menu

Bakıda avtomobil 23 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

03.05.2019, 00:05
Bakıda avtomobil 23 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Neapol" dairəsində qeydə alınıb.

Belə ki, 10-NE-255 dövlət nişanlı, "Chevrolet Niva" markalı avtomobil 1986-cı il təvəllüdlü Əliyev Ceyhun Şamil oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol