Venesuela lideri Nikolas Maduro yüzlərlə əsgərin önündə yürüşünü əks etdirən videogörüntülərini paylaşıb. Axar.az xəbər verir ki, dövlət başçısı əsgərlərin həmrəy və konstitusion quruluşa bağlı olduğunu qeyd edib.
Paytaxt Karakasda Fuerte Tiuna hərbi düşərgəsini ziyarət edən prezident yüzlərlə əsgər tərəfindən coşqu ilə qarşılanıb. Əsgərlər önündə çıxışında Maduro bildirib ki, ordu xəyanət birliklərinə və qiyamçılara qarşı vahid mövqedə mübarizə aparmalıdır.


Şərhlər