Menu

Azərbaycanda problemli kreditlər azalıb

03.05.2019, 16:11
Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 1 558 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 1,1%, yanvarın 1-nə nisbətən 1,7%, ötən il aprelin 1-i ilə müqayisədə isə 8,9% azdır.

Martın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 11,9% təşkil edib. Bu nisbət fevralın sonuna 12,1%, ötən ilin sonuna 12,2%, ötən ilin martın sonuna isə 14,7% olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol