Menu

Türkiyəni təmsil edən azərbaycanlı idmançı yenə qələbə qazandı

04.05.2019, 09:57
Türkiyəni təmsil edən azərbaycanlı idmançı yenə qələbə qazandı

Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Qətərin paytaxtı Dohada keçirilən "Brilyant Liqa"da yarışında qalib gəlib.

Trend-in məlumatına görə, dünya və Avropa çempionu Ramil Quliyev kişilər arasında 200 metrlik məsafəyə qaçışda birinci olub. Belə ki, o, yarışı 19.99 saniyəyə bitirib.

Atletin qələbəsindən yazan Türkiyə KİV-ləri onun artıq Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirak etmək şansı qazandığını qeyd edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol