Menu

Batumidə qeyri-adi təbiət hadisəsi baş verib - FOTO

05.05.2019, 00:05
Batumidə qeyri-adi təbiət hadisəsi baş verib - FOTO

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində bu gün maraqlı təbiət hadisəsi baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, axşam saatlarında Batumidə günəşin batması zamanı səma bənövşəyi və çəhrayı rənglərə boyanıb.

Batumidəki qürub çağının əks olunduğu çox sayda fotolar “Facebook” sosial şəbəkəsində yayılıb. Qeyri-adi və gözoxşayan təbiət mənzərəsi şəbəkə istifadəçilərinin heyrətinə səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol