Əfqanıstan xüsusi qüvvələri ölkənin şimalında və Mərkəzi Asiyada terrorçuların fəaliyyətinə rəhbərlik edən İŞİD silahli qruplaşmasının başçısı Müfti Özbək məhv ediblər.
Biıdirilir ki, M.Özbək terrorçuların Əfqanıstanın şimal hissələrində fəaliyyətlərinə görə cavabdeh olub, terror aktlarının təşkilində və planlaşdırılmasında iştirak edib. Həmçinin o, Mərkəzi Asiyada terror əməliyyatlarının maliyyələşdirməsi ilə məşğul olub.
Trend qeyd edir ki, xüsusi qüvvələr Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan əyalətində də ən azı üç silahlını məhv ediblər.


Şərhlər