Menu

Əfqanıstanda polis idarəsinə hücum edilib, ölənlər və yaralananlar var

05.05.2019, 19:25
Əfqanıstanda polis idarəsinə hücum edilib, ölənlər və yaralananlar var

Əfqanıstanda polis idarəsinə hücum edilib.

"Report" "Tolo News"a istinadla xəbər verir ki, hadisə ölkənin şimalında, Baglan vilayətinin Puli-Xumri şəhərində baş verib.

Hücum zamanı 5 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. Hücumun təfərrüatı açıqlanmır.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Daha əvvəl Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqindəki Bağlan vilayətində radikal "Taliban" hərəkatının silahlılarının hücumlarını dəf ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol