Menu

Məktəblilər olan avtobus qəzaya düşdü - Ölən və yaralananlar var

06.05.2019, 09:50
Məktəblilər olan avtobus qəzaya düşdü - Ölən və yaralananlar var

Salyanda idman yarışına gedən gənclərdən ibarət mikroavtobus qəzaya uğrayıb, bir nəfər ölüb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtomobil idarəetməni itirərək və yoldan çıxaraq aşıb. Hadisə nəticəsində gənc idmançılardan biri ölüb, 6 nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, hadisə zamanı 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Qeyd olunub ki, 1-i sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib: “Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.

Qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən 2005-2008-ci il təvəllüdlü şagirdləri aparırmış.

"Mercedes markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb.

Qəza nəticəsində 1 şagird ölüb, 6 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol