Menu

“Meydan TV”-nin cinayət işinə xitam verildi

06.05.2019, 12:43
“Meydan TV”-nin cinayət işinə xitam verildi

Bazar ertəsi dörd jurnalist Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Istintag İdarəsinə dəvət olunub. Onlara 4 il (2015-ci ildən) qüvvədə olan ölkədən çıxış qadağasının ləğv edildiyi bildirilib.

"Bizi Baş Prokurorluq İdarəsinin rəisi Eldar Əhmədov dəvət edib və zərurətin aradan qalxması ilə əlaqədar ölkədən çıxış qadağasının ləğv edildiyi barədə öz imzaladığı bildirişi təqdim edib", deyə jurnalist Natiq Cavadlı Turan agentliyinə bildirib.

Ondan başqa İzolda Ağayevaya, Səlimə Cəlilovaya və Rasim Qaraça da belə bildirişlər verilib.

Yaxın gələcəkdə nə vaxtsa "Meydan TV" üçün materiallar hazırlamış ən az 8 jurnalistin də ölkədən çıxış qadağasının ləğv ediləcəyi gözlənilir.

Xatırladaq ki, ölkədən çıxış qadağası Berlində yerləşən "Meydan TV" internet resursu ilə əməkdaşlıq edən bir qrup jurnalistə qarşı cinayət işi ilə əlaqədar tətbiq edilmişdi.

Şərhlər

vetendas 2019-05-06 12:43:06

Emin Milli mubarizeden geri durdu. Coxdandi dovsanin qulaqlari onun cixislarinda gorunmek uzreydi...... efsus !!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol