Menu

“Sabah" klubu kapital çatışmazlığı ilə üzləşib

06.05.2019, 14:11
“Sabah" klubu kapital çatışmazlığı ilə üzləşib

“Sabah" futbol klubu 2018-ci ili 101 min manat zərərlə başa vurub.

“Report”un məlumatına görə, bu barədə klubun maliyyə hesabatında bildirilir. Sənədə əsasən, ötən il “Sabah”ın gəlirləri 1,864 milyon manat, o cümlədən, reklam və sponsordan gəlirləri 1,275 milyon manat, digər gəlirləri 589 min manat, xərcləri 1,87 milyon manat, o cümlədən, gənclər futbolunun inkişafına çəkdiyi xərclər 75 min manat, digər xərcləri isə 1,795 milyon manat təşkil edib.

Bununla yanaşı, klubun 85 min manat gözlənilməyən digər xərcləri də olub. Bu il yanvarın 1-nə “Sabah”ın aktivləri 512 min manat təşkil edib. Klubun öhdəlikləri isə bundan çox – 624 min manat (cari öhdəlikləri 242 min manat, uzunmüddətli öhdəlikləri 382 min manat) olub. Son nəticədə idman qurumu 112 min manat kapital çatışmazlığı ilə üzləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol