Roma papası Rusiyaya getmək istəyini bir daha dilə gətirib. Bu barədə pontifik Sofiyaya səfəri zamanı yolüstü «TASS» agentliyinə bildirib. O, Bolqarıstan rəhbərliyinin və bu ölkənin katolik yepiskoplarının dəvəti ilə Sofiyada bazar günü apostol səfərinə başlamalı idi.
"Mən, Rusiyaya getməliyəm" - deyə, Fransisk zarafat formasında bildirib.
«L’Osservatore Romano» qəzeti bazar günü xəbər verib ki, elə bu saatda Roma yepiskopluğu numayəndələrinin ziyarət səfəri Moskvada başa çatıb.
Səfər iştirakçıları Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə görüşüblər. Görüş zamanı patriarx Fransisklə 2016-cı ilin fevralında Kubada baş tutmuş görüşı barədə xatırladıb.
«Biz, öz kilsələrimiz üçün çoxsaylı mühüm məsələləri müzakirə etdik. Başlıcası isə biz, onların gələcəyi üçün məsuliyyəti hiss edə bildik» - deyə, qəzet Rusiya Pravoslav Kilsəsi rəhbərindən sitat gətirir. Kiril Papa Fransiskə «sevgi və qardaşlıq salamı» çatdırmağı xahiş edib.
Nədir, görəsən xristian dünyası yeni «xaç yürüşü»nə hazırlıq görür?
AzPolitika.info


Şərhlər