Menu

Sumqayıtda gözətçi iş başında dünyasını dəyişib

07.05.2019, 09:08
Sumqayıtda gözətçi iş başında dünyasını dəyişib

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin 1-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, "Love Palace" restoranında gözətçi işləyən 1958-ci il təvəllüdlü Zakir Həmidov iş başında ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol