Menu

Əsgər Heydər Əliyev babasının məzarını ziyarət edib - FOTO

07.05.2019, 21:04
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət edib - FOTO

Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoyub, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

Qeyd edək ki, şəxsi heyət içərisində Azərbaycan Prezidenti İlham Əliyevin hərbi xidmət keçən oğlu Heydər Əliyev də olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol