Menu

11 yaşlı uşağı sahibsiz it dişləyib - FOTO

08.05.2019, 16:23
11 yaşlı uşağı sahibsiz it dişləyib - FOTO

Yevlaxda 11 yaşlı uşağı sahibsiz it dişləyib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kövər kəndində baş verib.

11 yaşlı kənd sakini İlkin Murad oğlu Əlizadə sahibsiz küçə itinin hücumuna məruz qalıb. Uşağın ayağından dişləyən it ona ciddi xəsarət yetirib.

Doğmaları tərəfindən xəstəxanaya çatdırılan İlkin Əlizadəyə vurmağa quduzluq əleyhinə vaksin tapılmayıb. Daha sonra tələb olunan vaksin Bərdə rayonundan əldə olunaraq Yevlaxa gətirilib. Buna səbəb sifariş olunan yeni dəst vaksinlərin həmin vaxt hələ xəstəxanaya yetişməməsi olub.

Şərhlər

Mirzə AĞ 2019-05-08 16:23:57

Təxminən, 10 il əvvəl "Lent.az" saytı da belə yazmışdı: "Xaçmaz sakinini it dişləyib" - operativliyə bir baxın...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol