Menu

Paşinyan Qarabağa gəlib - Şuşanın işğalını qeyd edirlər

09.05.2019, 11:45
Paşinyan Qarabağa gəlib - Şuşanın işğalını qeyd edirlər

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

“Report” xəbər verir bu məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, onu Xankəndi hava limanında separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.

Qeyd edək ki, mayın 8-də Ermənstan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezidenti Serj Sarqsyan da Qarabağa gəliblər.

Xatırladaq ki, 1992-c il mayın 8-də Azərbaycanın Şuşa şəhəri Ermənistan və havadarları tərəfindən işğal edilib.

Şərhlər

MahirəQəribə 2019-05-09 11:45:29

Məgər, akıdan kimsə Qarabağı nə vaxtsa geri-öz dövləti hüquqlarımız qaytarağıq bəyan edib? XİN dünyanın tanıdığı hüququ "onsevləşdirdiyini"bəyan edib! Əmma, indi səyasətçi deflomatlar, Şahla VƏZİR haralara,kimlərin qaytarılmasından danışacaqlar?

Bashirov Qarib 2019-05-09 11:45:29

Belə şeylərə fikir verməyə dəyməz.Hava limanında kim kimi qarşıladı,nəmə lazım,əsas anoloqu olmayan inkişafdır.Yalnız İRƏLİ.

Mahir Əliyev 2019-05-09 11:45:29

Bəs vaxt vardı ki,deyirdilər Xankəndinə gələn təyyarəni vuracağıq.Bu səfər Paşinyanın cəsarəti,bu da bizim zəifliyimiz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol