Menu

Masallıda ata ehtiyatsızlıqdan iki yaşlı oğlunu öldürüb

09.05.2019, 17:04
Masallıda ata ehtiyatsızlıqdan iki yaşlı oğlunu öldürüb

Masallı rayonunda körpə ehtiyatsızlıqdan dünyasını dəyişib.

ONA-nın xəbərinə görə, hadisə Qarğalıq kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü Məhəbbət Qasımov idarə etdiyi Ford markalı avtomobili yaşadığı evin həyətinə park edərkən 2 yaşlı Musa Qasımovu vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol