Dollar/TL (Türk Lirəsi) məzənnəsi 6.24 lirə ilə Sentyabr ayından bəri ən yüksək səviyyəyə qalxıb, Avro 11 Oktyabrdan bu yana ilk dəfə 7 səviyyəsini aşıb.
Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbulda təkrar seçki keçirilməsi barədə qərarı ilə 6 səviyyəsini keçən məzənnə üzərindəki təzyiq davam edir.
"Marja" xəbər verir ki, dünən 6.20 həddinə qalxan Dollar/TL məzənnəsi bu gün 6.2457 səviyyəsini test edib. Bu, 24 Sentyabrdan bəri ən yüksək səviyyədir. Avro 6.91-dən 7 səviyyəsinə qalxıb.


Şərhlər