Menu

Gəncədə yük maşını xəndəyə düşüb - VİDEO 

09.05.2019, 23:56
Gəncədə yük maşını xəndəyə düşüb - VİDEO 

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Nəriman Nərimanov prospekti ilə hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq xəndəyə düşüb.

Nəticədə 1987-ci il təvəllüdlü sürücü Heydərov Xaliq Süleyman oğlu müxtəlif bədən xəsarətləri alıb. O, "təcili yardım" maşını ilə ilk olaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə şəhər ərazisində yerləşən özəl tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol