Menu

Səudiyyə Ərəbistanı İranı əvəzləməyə hazır olduğunu bəyan edib - Neft bazarında...

10.05.2019, 08:39
Səudiyyə Ərəbistanı İranı əvəzləməyə hazır olduğunu bəyan edib - Neft bazarında...

Səudiyyə Ərəbistanı iyun ayından etibarən dünya neft bazarında İranı İslam Respublikasını əvəzləməyə hazır olduğunu bəyan edib.

ONA Bloomberg-ə istinadla xəbər verir ki, bəyanatda Ərəbistanın daxili təlabatlarını İrandan aldığı neftlə ödəyən ölkələrə də bəs edəcək miqdarda neft sata biləcəyi əks olunub.

Qeyd edilib ki, Səudiyyə Ərəbistanı OPEK-lə əldə edilmiş razılaşma əsasında hərəkət edəcək. Razılaşmaya əsasən, neft ixrac edən ölkələr 2019-cu ilin ilk yarısında günlük hasilatlarını 1.2 milyon barel azaltmağa qərar veriblər.

Məlumat üçün bildirək ki, rəsmi Əl-Riad razılaşma çərçivəsində gündəlik 10 milyon 311 min barel neft istehsal edə bildiyi halda ötən ay gündəlik hasilatının həcmi 9.8 milyon barel təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol