Menu

"B-52” Qətərdəki bazaya çatıb - İranı bombalamaq üçün

10.05.2019, 10:55
"B-52” Qətərdəki bazaya çatıb - İranı bombalamaq üçün

ABŞ Qətərə 3 milyard dollar dəyərində “24 AH-64E Apache” helikopteri satacaq.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti satışa icazə verib və bununla bağlı sənədi təsdiqləyib.

ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, Dövlət Departamenti Qətərə xarici hərbi texnika satışı çərçivəsində təxminən 3 milyard dollarlıq “24 AH-64E Apache” tipli helokopter və ona bağlı avadanlığın satışını təsdiqləməyi qərara alıb.

ABŞ Konqesi 30 gün ərzində etiraz etməzsə, satış həyata keçə bilər. Bu müddət bitdiyi gün ABŞ-n Qətərə təklif məktubunu təqdim etməsi ilə satış başlayacaq.

“Associated Press”in məlumatına görə, ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus “B-52” bombardmançı təyyarəsi Birləşmiş Ştatların Qətərdəki hərbi bazasına çatıb. Döyüş təyyarəsi İrana qarşı müqavimət üçün Qətərə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol