Menu

DGK Çindən gətirilən malların qiymətinin artması haqda

11.05.2019, 11:50
DGK Çindən gətirilən malların qiymətinin artması haqda

"Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çindən idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə "Binə" və "Sədərək" ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaradıldığı iddia edilir. Belə ki, həmin media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, "karqo" adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavab aldıqlarını bildirirlər. Dövlət Gömrük Komitəsi bildirir ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər".

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

“Eyni zamanda bildiririk ki, malların idxalı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər də bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Təsnifatda gömrük rüsumları "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq advalor, spesifik və kombinə gömrük rüsum dərəcələrinin növlərinə bölünür.

Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, spesifik və advalor rüsum dərəcələrinin növlərində, müvafiq olaraq, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Bu baxımdan gömrük ödənişlərinin kub metrə uyğun hesablanması ilə bağlı söylənilən fikirlər mövcud qanunvericiliyə görə əsassızdır.

Son zamanlar gömrük orqanlarında həyata keçirilən islahatlar hesabına şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində atılan addımlar idxal-ixrac əməliyyatları zamanı gömrük ödənişlərindən yayınmağa çalışan bəzi sahibkarları qane etməyə bilər. Lakin gömrük orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin edilməsi hər zaman rəhbər tutulacaq və qanuni fəaliyyət göstərən sahibkarlara münbit şərait yaradılmaqla yanaşı, qanunlara məhəl qoymayanlara qarşı da qətiyyətli tədbirlər görüləcək”, Dövlət Komitəsindən bildirilib.

Şərhlər

ANAR 2019-05-11 11:50:46

DGK melumat veren adama demek lazimdi ki,oz verdiyin aciqlamani derk ede bildinmi hec?Advalor ne demekdi??Azerbaycanca?
Sonrasi da bosh bosh danishib ozuvuzu agilli gostermeyin.Gomruk tarifinde qiymet yazilmir.Sahibkarin teqdim elediyi invoysa gore qiymet hesablanib kassa odenilmelidi.daha feridin,vuqarin qiymeti ile yox.birdeki mashinlarin qiymetinede aciqlama verde... komiteni elemisiz pentaqon.

Səməd 2019-05-11 11:50:46

Hörmətli Səfər müəllimin DGK-da yaratdığı mühit sahibkarların soyulmasına hesablanıb. DGK tərəfindən görülən bütün analoji qanun pozuntularına mətbuatda qanuni don geyindirirlər. DGK mafiya kimi idarə edilir, sanki hamısı bir klanın üzvləridir. Bütün sahibkarlar bilirlər ki, daşıma şirkətləri kimə məxsusdur və guya qanuni yolla alınan rüsumlar hara gedir. Bu komitənin bu cür fəaliyyəti Azərbaycan dövlətçiliyinə təhqirdir. DGK heç kimin dədəsinin şəxsi obyekti deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol