Menu

Anadolu Agentliyinin əməkdaşının axtarışları davam edir

11.05.2019, 20:36
Anadolu Agentliyinin əməkdaşının axtarışları davam edir

Türkiyənin “Anadolu” informasiya agentliyinin əməkdaşı Əbdülqədir Nişancının axtarışları davam edir.

ONA-nın yerli mətbuata istinadla verdiyi xəbərə görə, agentliyin Bayburt bölgə müxbiri olan Ə. Nişancı ötən gün Bayburt – Trabzon arasında yerləşən Soğanlı dağında qar uçqunun təmizlənməsi vaxtı öz vəfizəsini yerinə yetirərkən uçuruma yuvarlanıb.

Aparılan axtarış-xilasetmə işləri zamanı Ə. Nişancıya məxsus olan fotokamera və sənədlər tapılıb.

Jurnalistin tapılması istiqamətində aidiyyəti dövlət orqanları birgə axtarış-xilasetmə işlərini davam etdirir.

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol