Menu

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub

11.05.2019, 22:30
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kurdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Jiquli" markalı minik avtomobillərinin toqquşması nəticəsində ikinci maşının sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol