Menu

AMERİKADA AĞLAR AZLIQ OLACAQLAR - 2045-ci ilə…

12.05.2019, 00:27
AMERİKADA AĞLAR AZLIQ OLACAQLAR  - 2045-ci ilə…

Amerika Birləşmiş Ştatlarının (ABŞ) «Axios» portalında dərc olunmuş demoqrafiya üzrə proqnozda bu qənaətə gəlinir ki, 2045-ci ilə Birləşmiş Ştatlarda ağ dərililər azlıq təşkil edəcəklər.

Mətnin müəllifi Stef B.Kayt qeyd edir ki, demoqraftk dəyişikliklər artıq başlanıb. Belə ki, hazırkı ana ağ amerikalılar adlandırılanlar yalnız ABŞ-n 4 ştatında və həm də «ən çiçəklənmiş və nüfuzlu şəhərlərində» çoxluq təşkil edirlər. Bununla yanaşı, 2010-cu ildən başlayaraq, mənşəcə Latın Amerikalı olmayan ağlar ABŞ-ın daha 32 dairəsində, ümumilikdə isə 373 dairəsində azlığa çevriliblər.

Bu tendensiya əsasən Latın Amerikasından və Asiyadan olan miqrantların sayının artması və həm də ağ amerikalı olmayanlar arasında doğum hallarının yüksək səviyyəsi ilə bağlıdır.

Vaşinqton Brukinqs İnstitutunun qiymətləndirməsinə görə, gələn il 18 yaşa qədər olan amerikalılar arasında ağdərili olmayan amerikalılar çoxluq təşkil edəcəklər. Bu zaman analoji nəticə 30 yaşlılar arasında 10 ildən sonra müşahidə olunacaq.

«Bu tendensiyanı araşdıran sosioloqların sözlərinə görə, demoqrafiq irəliləyiş artıq olkənin milli identikliyinə, siyasətinə və nəsillər arasındakı kəskin «qırılma»ya təsir göstərir» - deyə, müəllif qeyd edir.

«Axios» qeyd edir ki, son bir neçə ildə «irqlərarası gərginlik və antimiqrant əhval bərpa olunub». Belə ki, Yel Universitetinin araşdırmalarına görə, ağ amerikalılar «tez-tez cəmiyyət daxilində müxtəlifliyin artmasından yaranan təhlükəni hiss edirlər». «Pyu» (Pew Research Center) Vaşinqton araşdırmalar mərkəzinin bu yaxınlarda apardığı sorğu göstərib ki, Respublikaçılar partiyası tərəfdarlarının 59 faizi və ağ emiqrantların 46 faizi əmindir ki, ağ amerikalı olmayanların əhali arasında çoxluq təşkil etməsi Amerika mədəniyyətinin zəifləməsinə gətirib çıxaracaq.

Portal qeyd edir ki, ABŞ siyasətçiləri bu situasiyadan fayda əldə edirlər və cəmiyyətin təbəqələşməsinə diqqət yönəldirlər. Buna misal olaraq, ABŞ prezidenti Donald Trampa barmaq tuşlayırlar. O, immiqrasiya sahəsində ölkənin siyasətinin sərtləşdirilməsini istəyir.

«Panika effektli eloktoral bloka çevrilir ki, o da immiqrasiya, etnomədəni fərqlilik və dini problemlərdən kəskin narahatlıq keçirir» - deyə, Corc Meyson Universitetinin professoru Cek Holdstoun bidirib.

Bundan başqa, araşdırmalar göstərir ki, daha gənc nəsil və azlıqların nümayəndələri «böyük ehtimalla, Demokrat partisyasına meyillidirlər». Ancaq portalın qeyd etdiyi kimi, «demoqrafik tendensiya mütləq Demokrat partiyasına da uzunmüddətli perspektivdə əlverişli mühit yaratmır».

Noldstoun izah edir ki, bir çox ağ amerikalı və Latın Amerikasının nümayəndələri «daha mühafizəkar dəyərlərin daşıyıcısıdır». Onun fikrincə, əgər Respublikaçılar partiyası öz mövqeyinə dəyişiklik gətirsə və daha çox Latın Amerikası mənşəli seçicini qəbul etməyi öyrənsə, bu, partiya üçün yeni enerji mənbəyi ola bilər.

Bu məsələdə alimi sosioloq, Nyu-York universitetinin professoru Riçard Alba da dəstəkləyir.

«Bir hada ki, immiqrant azlıq assimilyasiyaya uğrayır, onlar ağdərili kimi səs verməyə başlaya bilərlər. İddia etmək olmaz ki, demoqrafiya gerçəkdən demokratlara münbit mühit yaradacaq».

Portal hesab edir ki, mövcud tendensiya ABŞ-ın irqi mənsubiyyəti məsələsində bütün söhbətləri kardinal formada dəyişə bilməz.

«ABŞ gələcəyin iki mümkün variantı ilə üzləşir: özünün yeni demoqrafik tərkibini qəbul edərək, çiçəklənən millət, ya da mübarizənin, rasizmin və ksenofobiyanın kəskinləşməsi» - məqalədə belə deyilir.

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol