Menu

 “25 il ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi...” - Hikmət Hacıyev

12.05.2019, 18:26
 “25 il ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi...” - Hikmət Hacıyev

25 il ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir.“AzərTAc” xəbər verir ki, bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın atəşkəsin 25 illiyi ilə əlaqədar verdiyi açıqlamasını şərh edərkən bildirib.

H.Hacıyev deyib ki, Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib:"İşğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və 25 ildən artıq müddətdə onlar qaçqın və məcburi köçkün statusunda yaşamaq məcburiyyətindədirlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü həmçinin mülki insanlara qarşı çoxsaylı hərbi cinayətlərlə müşayiət olunub. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsində Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiq olunur, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur".

Şöbə müdiri vurğulayıb ki, atəşkəs sülh deyil: "Ermənistan rəhbərliyi tərəfindən də etiraf olunur ki, 25 il keçməsinə baxmayaraq atəşkəs davamlı sülhə çevrilməyib. Bu müddət ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir".

H.Hacıyevin sözlərinə görə, danışıqlar prosesinin formatı dəyişməzdir və münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılır:

"Ermənistan tərəfi həqiqətən regionda davamlı sülhün təmin olunmasını istəyirsə, mövcud format əsasında danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli, BMT TŞ-nın qətnamələrinin tələblərinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına mane olmamalıdır. Yalnız bundan sonra regionda davamlı sülh təmin oluna bilər".

Şərhlər

Vətəndaş 2019-05-12 18:26:11

25 il əzində Dağlıq və eyni zamanda Aran( 7 rayon ) Qarabağın məsələsinin həll olunmaması bir başa bu sahədəki fəaliyyətsizlikdir.

Qeyri diplomat 2019-05-12 18:26:11

N.Məmmədovun və XİNnin kifayət qədər təcrübəsi var. Hər dialoq hansısa gedişə razılaşma verməli, ya da razılaşmaya qədər bir heçə gün, həftə davam etməlidir. Danışıq predmeti də (Qarabağdan qovulmuş yüz minlərlə) ailələrin operativcə öz doğma evinə qaytarılması olmalı idi? Əks halda atəşkəs aktı Azərbaycanı danışıqları dayandırıb, siyasətini aradakı maneənin götürülməsi üzərində qurmağa məcbur edir? Son variant dialoqsuz və işğalçısız müstəqil haqq işidir.

t.ədalət 2019-05-12 18:26:11

Hikmət Hacıyevin açıqlaması bir müharibə iştirakçısı kimi məni çox mütəəssir etdi.Hikmət müəllim,görünür, Sayın Ərdoğanın "Qarabağ münaqişəsinin açarı Putindədir"-çıxışını unudub.Bu xalqı nə qədər aldadacaqsınız? DQ ərazisində meydan sulayan,münaqişənin həllini əngəlləyən Rusiyadır...Dağlıq Qarabağ münaqişəsi Rusiyanın regionu öz təsiri altında saxlamaq üçün törətdiyi xəyanətdir.Özümüzü aldatmayaq!

Mirzə AĞ 2019-05-12 18:26:11

Hə, nə olsun ki? Erməni dəfılərlə, sözü və əməli ilə subut edib ki, işğal etdiyi əraziləri geri qaytarmaq niyyətində deyil! Belə olan halda onunla danışıq aparmaq nə qədər məntiqi sayıla bilər?! Bəsdir, insanları aldatdınız!!!

Vətəndaş 2019-05-12 18:26:11

Hörmətli Hikmət müəllim,işğalçılıq siyasətinin konkret məsələyə nə dəxli?Keçən 25 il Sizə heç nə demir?Axı bizim tərəf bu 25 ildə konkretlilik göstərməyib.Danışıq bir olar,beş olar.Şərtlər açıqlanar,hamıya bəlli olar ki, rus demişən "Sobaka qde zarıto".Bundan sonra hər hansı bir tərəf konkret fəaliyyətə keçər. BU illərdə bu hiss olunmadı.Elə düşünmürsünüz ki,bu qədər danışıqlar,vaxtın uzadılmasında xalqdan gizlədilən hansı sa gizli məqsəd mövcuddur.Əgər 5 danışıq nəticə vermirsə əməli hərəkətə keçilməli idi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol