Menu

Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib

13.05.2019, 14:11
Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib

Azərbaycanda bir çox qalmaqallı məhkəmə işlərinə baxmış, tanınmış ictimai-siyasi fəalların haqqında hökmlər çıxarmış Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib.

Məlumata görə, Ə.Seyidov yaş həddi ilə əlaqədar (martda 70 yaşı tamam olub-red.) təqaüdə göndərilib. Ə.Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Bundan öncə o, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi olub. Ardınca Cəlilabad Rayon Məhkəməsinə sədrlik edib.

1994-99-cu illərdə həm də Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun rəhbəri olub.

Ə.Seyidov akademik Ziya Bünyadovun qətlinə görə həbs olunanların işinə baxıb. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin, «Səidin dəstəsi» adıyla dövlət çevrilişinə cəhddə suçlanan 15 nəfərin, o cümlədən Səid Dadaşbəylinin haqqındakı hökmü də o çıxarıb. Onun son illərdə ən qalmaqallı hökmlərindən biri də gənc fəal Qiyas İbrahimov haqqında olub. Prokuror Qiyasın 9 il azadlıqdan məhrum edilməsini istədiyi halda, Ə.Seyidov ona daha ağır - 10 il həbs cəzası vermişdi. (Azadlıq.org)

Şərhlər

Sus 2019-05-13 14:11:37

Mən elə bildim ki, Ənvərə ölüm hökmü verilib.Onun bu ölkədə yaşamağa haqqı yoxdur...

Vəliyev 2019-05-13 14:11:37

Allah bu adama 100 il ömr versin ,amma qalan mwddətini yataqda ağrılarla keçirməsi millətə haqsız verdiyi qərarlar layiqli cavab olardı. O bunu haqq edib.

t.ədalət 2019-05-13 14:11:37

Yaxşı pul topladı.Çoxlu obyektləri var.Bəlkə də xaricdə villaları sıralanır.Haqsızlığa imza ata-ata yığıb varidatı..

kamil 2019-05-13 14:11:37

....Allah belasini verecek ...

Lerikden Mehemmed Hesen emi 2019-05-13 14:11:37

cox yaxinda ozu hakim qarwisina cixar ve etdiyi gunah-cinayetlerin cavabini verer

miri 2019-05-13 14:11:37

Allah o qədər ömür versin ki, etdiyi haqsızlığın cəzasını bu dünyada ala bilsin. İNŞƏALLAH.

Elxan 2019-05-13 14:11:37

Senin bu olkede yasamaqa haqqin oldu Enver Seyidovun olmadi?....qarqis etmez, ayibdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol