Menu

Bakıya gələn təcili yardım avtomobili qəzaya düşüb - Ağır yaralılar var

13.05.2019, 14:13
Bakıya gələn təcili yardım avtomobili qəzaya düşüb - Ağır yaralılar var

Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar.

Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi qadındır. Xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol