Menu

Antuan Qrizmann "Atletiko"dan ayrıldığını elan edib 

15.05.2019, 00:48
Antuan Qrizmann "Atletiko"dan ayrıldığını elan edib 

İspaniyanın "Atletiko" klubunun fransalı hücumçusu Antuan Qrizmann Madrid klubundan ayrıldığını elan edib.

"Report" TASS-a istinadla xəbər verir ki, futbolçunun sözlərini komandanın mətbuat xidməti yayıb.

"Bu, inanılmaz 5 il oldu, hər şeyə görə çox sağolun. Siz daima mənim ürəyimdə qalacaqsınız", - deyə Qrizmann komanda və azarkeşlərə müraciətində bildirib.

Qrizmann "Atletiko"da 2014-cü ilin iyul ayından çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol