Menu

Türkiyədən S-400 açıqlaması - "ABŞ özünə güvənirsə..."

15.05.2019, 22:26
Türkiyədən S-400 açıqlaması - "ABŞ özünə güvənirsə..."

“İşçi qrupu olacaqsa, qeyd-şərtsiz yürütmək istəyirik. Buna mütəxəssislər qərar versin. Yaxşı təklif vermişik, ABŞ özünə güvənirsə, qəbul etməlidir. Təxirə salmağı biz niyə danışaq? Bu, bitmiş bir anlaşmadır. Bunu müzakirə etməyin zamanı deyil. Təklifimiz yaxşı niyyətlidir”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mğövlud Çavuşoğlu ABŞ-Türkiyə arasında yaşanan S-400 zenit raket kompleksi böhranı haqqında verilən suala cavab olaraq deyib.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan havadan müdafiə sistemi almasından narahatdır. Vaşinqton sistemlərin iyul ayında Türkiyəyə göndəriləcəyi təqdirdə, Ankaranı F-35 qırıcılarının proqramından çıxarmaqla və qırıcıları Türkiyəyə verməməklə hədələyir.

Şərhlər

Türk 2019-05-15 22:26:40

ABŞ-n F-35-i gözünə girsin.Möhkəm dayan böyük Ərdoğan.Bu şeytan yuvası olan ABŞ-a əyilmə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol