Çexiya polisi terroroçuluğa dəstəyə görə, ilk ittiham irəli sürüb. «Mən, təsdiq edirəm ki, Praqa polisi terrorçuluğa dəstək verdiyinə və haqq qazandırdığına görə, vətəndaşa qarşı cinayət işi açıb» - deyə, ölkə prokuroru Martin Bilı bəyan edib («novinky.cz.»).
Söhbət mart ayında Yeni Zelandiya məscidlərində törədilmiş terror aktından gedir. İttiham olunanı 5 ildən 10 ilədək azalıqdan məhrumetmə cəzası gözləyir. Bununla yanaşı, prokurorun sözlərinə görə, polis Yeni Zelanqdiyadakı teraktla bağlı terrorçuluğa dəstəyə görə, daha 4 epizod üzrə cinayət işi açıb.
«Ayrı-ayrı bəyanatların analizi hələ davam edir. Ekstremizmlə mübarizə üzrə şöbənin mütəxəssisləri böyük həcmli məlumatları qiymətləndirir və onları ayrı-ayrı kontekstlərdə analiz edirlər» - deyə, Praqa polisinin mətbuat katibi Andrea Zoulova bildirib. Əlavə edib ki, söhbət təxminən 30 belə haldan gedir.
AzPolitika.info


Şərhlər