Menu

Maskalı şəxslər evə basqın edib

21.05.2019, 10:49
Maskalı şəxslər evə basqın edib

Şəmkirdə evə basqın olub.

ONA-nın məlumatına görə, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini Gülnarə Qasımovanın evinə girən iki maskalı şəxs ev sahibinə zor tətbiq etməklə külli miqdarda pul aparıblar.

Hadisə ilə bağlı Şəmkir rayon Polis Şöbəsinə məlumat verilib.

Daxil olan məlumat əsasında polis şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol