Menu

Ağstafada qatar məktəblini vurub öldürdü

21.05.2019, 23:53
Ağstafada qatar məktəblini vurub öldürdü

Ağstafa rayonunda qatar məktəblini vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə Böyük Kəsik stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Elbrus İlham oglu Əhmədovu dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyərkən qatar vurub. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol