Türkiyə “S-400” Zenit-Raket Sistemi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndərib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, bir neçə ay davam edəcək təlimlər artıq başlayıb.
Qeyd edək ki, ABŞ hökuməti Türkiyəyə "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.


Şərhlər
ABŞ-ın nə ixtiyarı var ki,Türkiyəyə vaxt versin. Tramp və ABŞ-ı idarə edənlər hədlərini aşmasınlar.Türkiyə ilə hədə dilində danışmaq olmaz. Çünki Türkiyənin,və Türkdilli xalqların Ərdoğan kimi lideri var.Türkiyə mütləq öz mövqeyini qöruyacaq və S-400 alacaq.ABŞ-a və onu idarə edənlərə yalnız bir Azərbaycan məsəli qalacaq.İt hürər karvan keçır.