Rusiyanın Xəzər donanmasında "Be-200" təyyarələri və "Mi-14" helikopterlərindən ibarət aviasiya eskadrilyası yaradılacaq.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Xəzər donanmasının komandiri kontr-admiral Sergey Pinçuk məlumat verib.
Onun sözlərinə görə, eskadrilya Kaspiysk şəhərində yerləşəcək.
Donanma komandir əlavə edib ki, ilin sonunadək Xəzər donanmasının sahil qüvvələrinin tərkibində "Bal" raket kompleksinin divizionu formalaşdırılacaq.


Şərhlər
Dağıstanın Kaspiysk şəhərində yaradılan bu hərbi birləşmələr Rusiyanın Azərbaycan əleyhinə olan planının tərkib hissəsidir.Bircə o qalıb ki,Rusiya buradakı hərbi gəmilərinin üzərinə "stepan razin" sözlərini yaszsın.Xəyanətin,sadəcə olaraq, formasnı dəyişib. Mahiyyəti isə dəyişməyib.